INEX, tibbi və estetik sahədə istifadə olunan avadanlıqların satışından əlavə, onların təhlükəsiz və operativ texniki baxımını və təmirini də həyata keçirir. Təmir prosesi dəqiqlik və sürət prinsiplərinə əsaslanaraq təşkil olunur ki, bu da sizin iş fəaliyyətinizin minimum fasilə ilə bərpasını təmin edir.
Texniki servisə müraciət etdikdən dərhal sonra sizinlə WhatsApp üzərindən birbaşa əlaqə yaradılır. Bu xidmət vasitəsilə siz avadanlıqla bağlı yaranan nasazlıqlar, texniki suallar və problemlərlə bağlı birbaşa mütəxəssislə əlaqə saxlaya, operativ məsləhətlər ala bilərsiniz.
Əgər təmirə ehtiyac yaranarsa, cihazınız bizə təhlükəsiz şəkildə təhvil alınır və qısa müddət ərzində işlək vəziyyətdə geri qaytarılır. Avadanlıqdan uzun müddət ayrı qalmaq narahatlığına son!
INEX — kosmetoloji və tibbi cihazlarla bağlı bütün texniki məsələlərdə etibarlı və peşəkar həll yolları təqdim edən lider şirkətdir. Avadanlıqlarınızın daim işlək və təhlükəsiz qalmasını istəyirsinizsə, doğru ünvandasınız!