INEX — yalnız avadanlıq satışı ilə deyil, həm də tibbi və estetik sahədə praktiki və nəzəri biliklərin artırılması istiqamətində daim çalışır. Şirkətimiz mütəmadi olaraq seminarlar və təlimlər təşkil edir. Bu təlimlərdə iştirak edərək siz sahəyə dair aktual biliklər əldə edə, praktiki bacarıqlarınızı təkmilləşdirə bilərsiniz.
Təlim və seminarları uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunur, bu da gələcək karyeranızda əlavə üstünlük yaradır.
Əlavə olaraq, INEX-dən avadanlıq əldə edən hər bir müştəriyə və ya onun nümayəndəsinə həmin məhsul üzrə ödənişsiz və fərdi təlim keçirilir. Təlim müddətində avadanlığın istifadə qaydaları, təhlükəsizlik tədbirləri və effektiv iş prinsipləri izah olunur.
Təlimin sonunda iştirakçıya rəsmi sertifikat təqdim edilir və o, qısa müddət ərzində peşəkar səviyyədə fəaliyyətə başlaya bilir.
INEX ilə biliklərinizi artırın, bacarıqlarınızı inkişaf etdirin və peşəkar olaraq bir addım öndə olun!